Azərbaycanın Elit/U-23 millisinin üzvü Samir Cəbrayılov Albaniyada keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb.
Corner.az, idmançı qrup ötüşməsi üzrə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı, 5 mərhələli “Tour of Albania” yarışının sonuncu raundunda ikinci yeri tutub.
Cəbrayılov 122 km məsafəni 2 saat, 42 dəqiqə 56 saniyəyə qət edib. O, özünün və milli komandanın hesabına 3 UCI reytinq xalı yazdırıb.
Digər velosipedçilərdən Nəcəf Bağırov (02:43:03) 7-ci, Şahin Eyvazov (02:43:03) 29-cu, Kamran Mirzəxanov (02:43:03 ) 33-cü, Musa Mikayılzadə (02:43:03 ) isə 35-ci yerlə kifayətlənib.
Mərhələnin qalibi 2 saat 42 dəqiqə 55 saniyə nəticə ilə Yunanıstan yığmasının üzvü Polychronis Tzortzakis olub.
Ümumi təsnifatda Mikayılzadə (12:32:45, 15 UCI xalı) 5-ci, Cəbrayılov (12:33:46, 5 UCI xalı) 7-ci, Eyvazov (12:39:35) 29-cu, Mirzəxanov (12:40:01) 31-ci, Bağırov (12:52:56 ) 44-cü, Azərbaycan millisi (37:53:14) isə 6-cı yerdə qərarlaşıb.
Samir Cəbrayılov yarışın ən yaxşı ikinci dağ velosipedçisi adına sahib çıxıb. O, ən yaxşı sprinterlərin siyahısında isə 3-cü nəticə göstərib.