6 fevral 2026. Cümə

Yorğa atları üzrə respublika birinciliyi keçiriləcək


  • Offside
  • 19:06 26.05.2023
  • Oxunma sayı: 168
Yorğa atları üzrə respublika birinciliyi keçiriləcək

Mayın 28-də Müstəqillik Gününə həsr olunmuş yorğa atları üzrə respublika birinciliyi keçiriləcək.

Corner.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində təşkil olunacaq turnirdə ölkənin müxtəlif rayonlarından 40-dan çox ən güclü at gücünü sınayacaq.

Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə baş tutacaq yarış 6 müxtəlif məsafəyə görə bölünüb. Hər məsafədə yaşından, hazırlığından asılı olaraq, 8-15 at gücünü sınayacaq.

Qeyd edək ki, saat 11:00-da start götürəcək birinciliyə giriş sərbəstdir.







Offside