Valensiya məhkəməsi “Real”ın hücumçusu Vinisyus Juniorun ünvanına irqçi təhqirlər səsləndirən 3 nəfərə qarşı istintaqa başlayıb.
Corner.az xəbər verir ki, 22 yaşlı braziliyalı özü videobağlantı vasitəsilə ifadə verəcək.
İspaniya La Liqasının XXXV baş tutan qarşılaşma zamanı “sambaçı” yerli azarkeşlər tərəfindən dəfələrlə irqçi təhqirlərə məruz qalıb.
Oyundan sonra braziliyalı La Liqanı irqçiliyə görə tənqid edib, “Real” isə prokurorluğa şikayət edib. Bu hadisəyə görə, “Valensiya”nın 3 azarkeşi həbs edilib.
Qeyd edək ki, qarşılaşma “Valensiya”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.