Corner.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası (ACF) ictimaiyyətin diqqətinə çatdırır ki, 7-13 may 2023-cü ildə keçirilən böyüklər arasında Dünya Çempionatından sonra ACF-ə istefa ərizəsini təqdim edən performans direktor Mark van der Hamla müqaviləyə xitam verilib.
“Bütün Azərbaycan idmançılarına və heyət üzvlərinə gələcək karyeralarında və yarışlarda uğurlar arzulayıram. Azərbaycanda olduğum müddətdə Federasiya tərəfindən göstərilən hərtərəfli dəstəyə görə təşəkkürümü bildirirəm”-, deyə Mark van der Ham bildirib.
ACF Mark van der Hama Azərbaycanda cüdonun inkişafında göstərdiyi səylərə, milli yığmaların işinin təşkilində göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirir və gələcək karyerasında uğurlar arzu edir.