14 dekabr 2025. Bazar günü

Yeniyetmələr arasında Azərbaycan Birinciliyi


  • Offside
  • 22:12 26.05.2023
  • Oxunma sayı: 218
Yeniyetmələr arasında Azərbaycan Birinciliyi
Bu gün Atletika Federasiyasının təşkilatçılığı ilə Bədən Tərbiyəsi və İdman Akademiyasında 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Atletika üzrə Azərbaycan Birinciliyi keçirildi. 

Corner.az xəbər verir ki, Triatlon millisinin və Trikids klubunun üzvü Musayev Tamerlan sözügedən yarışda 1500 m məsafəyə qaçışda 3-cü yerə layiq görülüb. 

Qeyd edək ki, 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Atletika üzrə Azərbaycan Birinciliyində Trikids klubu 5 idmançı ( Musayev Tamerlan, Rzazadə Əli, Cəfərov Teymur, Tağıyev Səid və Dadaşov Hacıağa)  ilə qatılmışdır.






Offside