26 oktyabr 2024. Şənbə

Rusiya millisi dünya çempionatı üçün Bakıda


  • Offside
  • 12:21 27.05.2023
  • Oxunma sayı: 97
Rusiya millisi dünya çempionatı üçün Bakıda
Dünən Rusiyanın milli komandası taekvando üzrə dünya çempionatında iştirak etmək üçün Bakıya gəlib.

Corner.az xəbər verir ki, bu barədə Rusiya Taekvando İttifaqı məlumat yayıb. Heyətə 16 idmançı daxildir. Beynəlxalq Taekvando Federasiyasının (BTF) qərarına əsasən, Rusiya, eləcə də Belarus millisi yarışda neytral statusda iştirak edəcək. Onların nəticələri komanda hesabına yazılmayacaq. Rusiya Bakıya 16 idmançı ilə yollanıb. Ümumən neytral statusda yarışacaq taekvandoçu sayı isə 23 nəfərdir.

Qeyd edək ki, bu həftə BTF rusiyalı olimpiya çempionları - Maksim Xramtsov və Vladislav Larinin dünya çempionatına buraxılmaması barədə qərar verib. Buna onların Rusiya - Ukrayna müharibəsi ilə əlaqədar sosial mediada etdiyi paylaşımlar səbəb olub. Onlar yarışdan kənarda qalsalar da, komandaları ilə birgə Bakıya yola düşüblər.






Offside