26 oktyabr 2024. Şənbə

“Mundialda sonadək mübarizə aparacağam”


  • Offside
  • 15:43 27.05.2023
  • Oxunma sayı: 117
“Mundialda sonadək mübarizə aparacağam”

“Mundialda sonadək mübarizə aparacağam”.

Corner.az xəbər verir ki, bunu Azərbaycanın qadın taekvondoçusu Fəridə Əzizova Bakıda keçiriləcək dünya çempionatı ərəfəsində təşkil olunan mətbuat konfransında deyib.

67 kq çəki dərəcəsində mübarizə aparacaq taekvondoçu hədəflərinin qızıl medal qazanmaq olduğunu vurğulayıb: “Dünya çempionatının ölkəmizdə keçirilməsi bizim üçün xoşdur. Evimizdə Azərbaycan xalqına sevinc yaşatmağa və qızıl medal əldə etməyə çalışacağıq”.

Kişilərdən ibarət millinin üzvü Əliəskər Əliyev (80 kq) də yarışın Bakıda keçirilməsinin onlar üçün üstünlük olduğunu etiraf edib: “Bu, bizim üçün əlavə motivasiyadır. Hər kəsi medallarla sevindirməkdən ötrü əlimizdən gələni edəcəyik. Bunu bacaracağımıza inanıram”.

Qeyd edək ki, dünya çempionatı 29 may – 4 iyun tarixlərində keçiriləcək. 







Offside