26 oktyabr 2024. Şənbə

Messi dünya rekordunu təkrarladı


  • Offside
  • 13:22 28.05.2023
  • Oxunma sayı: 118
Messi dünya rekordunu təkrarladı

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi ən çox kubok qazanma rekordunu təkrarlayıb.

Corner.az xəbər verir ki, Fransa Liqa 1-nin çempionu olan argentinalı hücumçu karyerasındakı titul sayını 43-ə çatdırıb.

Bununla 36 yaşlı forvard sabiq komanda yoldaşı Dani Alveşin rekordunu təkrarlayıb.

Messinin aktivində 2 Fransa çempionluğu və Superkuboku var. O, “Barselona”nın heyətində 10 dəfə İspaniya La Liqasının, 4 dəfə UEFA Çempionlar Liqasının, 8 dəfə İspaniya Superkubokunun, 7 dəfə İspaniya Kubokunun, 3 dəfə Klublararası Dünya Çempionatının və bir o qədər də Avropa Superkubokunun qalibi olub.







Offside