- Offside
- 22:48 26.11.2024
"Mançester Siti"nin hücumçusu Xulian Alvarez klubdan ayrılmaq istəyir.
Corner.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Alvarezin belə qərara gəlməsi komanda yoldaşı Erlinq Haalanda görədir. Futbolçu rəqabətə görə başqa kluba keçməyi düşünür. "Bavariya" 23 yaşlı argentinalı ilə müqavilə imzalamağa hazırdır.
Qeyd edək ki, Xulianın İngiltərə komandası ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Alvares bu mövsüm 48 oyunda 17 qol vurub və 5 qolun ötürməsini verib.