6 fevral 2026. Cümə

Krivotsyuk'lu Daejeon evdə xal itirdi


  • Offside
  • 21:09 28.05.2023
  • Oxunma sayı: 128
Krivotsyuk'lu Daejeon evdə xal itirdi
Futbol üzrə Cənubi Koreya çempionatında 15-ci turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Ulsan Hyundai” qəbul edib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 3:3.
 
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib.
 
“Daejeon” hazırda 22 xalla 5-ci pillədə qərarlaşıb






Offside