6 fevral 2026. Cümə

Emin Mahmudovun 50-ci qolu


  • Offside
  • 10:43 29.05.2023
  • Oxunma sayı: 174
Emin Mahmudovun 50-ci qolu

Emin Mahmudov “Neftçi”də 50-ci qolunu vurub.


Corner.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 2022/23 mövsümünün son turunda gerçəkləşib. 31 yaşlı yarımmüdafiəçi “Sabah”la qarşılaşmada komandasına qələbə qazandıran topun müəllifi olub – 1:0.


Mahmudov 2017/18 mövsümündən geyindiyi ağ-qara forma ilə 50-ci dəfə fərqlənib. O, bu qollardan 38-nə Premyer Liqada imza atıb. Emin ölkə kubokunda 4, avrokuboklarda 8 dəfə rəqib qapısına yol tapıb.


Yarımmüdafiəçi “Neftçi”nin heyətində 50 və daha çox qol vuran 17-ci futbolçu olub. 1937-ci ildə yaranan klubun 86 illik tarixində ona qədər 16 oyunçu bunu bacarıb.







Offside