Taekdondoçumuz dünya çempionatında uğurlu başlanğıc edib.
Corner.az xəbər verir ki, Azərbaycalı taekvonduçu Cavad Ağayev Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
68 kq çəki dərəcəsində qüvvəsini sınayan yığma üzvü 1/32 finalda Eldar Kurmanaliyevi (Qırğızıstan) məğlub edib.
O, 2:0 hesabı ilə qələbə qazanıb. O, növbəti döyüşündə çinli Çenminq Xiao ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, bu gün start götürən dünya çempionatı iyunun 4-də başa çatacaq. Yarışda 145 ölkədən 949 idmançı 16 dəst medal uğrunda mübarizə aparırlar. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.