27 mart 2026. Cümə

Henri Okebuqvu "Turan Tovuz"da gedir


  • Offside
  • 13:12 29.05.2023
  • Oxunma sayı: 149
Henri Okebuqvu "Turan Tovuz"da gedir
Yay fasiləsində “Turan Tovuz”u tərk edəcək ilk əcnəbi futbolçu müəyyənləşib.

Corner.az Matc.az-a istinadən xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi Henri Okebuqvu bölgə təmsilçisində qalmayacaq. Ötən ilin yayında Albaniya klubu “Kastroiti”dən transfer edilən 25 yaşlı yarımmüdafiəçinin çıxışı məşqçilər korpusunun ürəyincə deyil. Orta sahə oyunçusu mövsümün əvvəlində heç də pis nəzərə çarpmırdı. Lakin getdikcə əsas heyətdəki yerini itirib.
 
Bu üzdən baş məşqçi Ayxan Abbasov həmin mövqeyə daha yaxşı əcnəbi oyunçu transferinin tərəfdarıdı. Henri ilə başa çatan müqavilə isə yenilənməyəcək. O, azad agent kimi komandanı tərk edəcək. Qeyd edək ki, Henri Okebuqvu bu mövsüm Premyer Liqada 17 oyun keçirib, 1 qola imza atıb.






Offside