Premyer Liqada mövsümü 6-cı pillədə başa vuran “Turan Tovuz” yayda heyətində ciddi dəyişikliklərə getməli olacaq.
Corner.az matc.az-a istinadən xəbər verir ki, xüsusən də, əcnəbi futbolçularla bağlı radikal addımlar atılacaq.
Cənubi afrikalı müdafiəçi Xulu Siyanda və qanalı yarımmüdafiəçi Naah Divin böyük ehtimalla bölgə təmsilçisini tərk edəcək. Buna səbəb onların performansının baş məşqçi Ayxan Abbasovu qane etməməsidi. Çalışdırıcı həmin mövqelər üçün daha yaxşı əcnəbi axtarışındadı.
Həmçinin, panamalı müdafiəçi Roderik Millerin də tovuzlularla vidalaşması gözlənilir. Çünki 30 yaşlı arxa xətt oyunçusunun daha yaxşı təklifləri var.
Hər üç oyunçunun “Turan Tovuz”la müqaviləsi iyunun sonuna qədərdi.