Ukrayna Premyer Liqasında 29-cu turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Zarya”nı qəbul edib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Mustafayev də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.
“Aleksandriya” hazırda 43 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.