Futbol üzrə İsveçrə çempionatında mövsümün sonuncu - 36-cı turunun oyunları keçirilib.
Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Bazel”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Renat da bu görüşün iştirakçısı olub. O, 56-cı dəqiqədə meydana buraxılıb. Komandasının 90+2-ci dəqiqədə vurduğu təsəlli qolunun məhsuldar ötürməsini də Dadaşov verib.
“Qrasshopper” mövsümü 44 xalla 10 kollektiv arasında 7-ci pillədə başa vurub. Dadaşov isə meydana çıxdığı 34 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 36 oyuna 74 xal toplamış “Yanq Boyz” İsveçrə çempionu olub. “Servett” (58) gümüş, “Luqano” (57) isə bürünc medal qazanıb. 31 xalla sonuncu – onuncu olan “Sion” isə elita ilə vidalaşıb.