Futbol üzrə Ukrayna Premyer Liqasında 29-cu turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Lvov”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Nağıyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
“İnqulets” hazırda 31 xalla 16 kollektiv arasında 13-cü sırada qərarlaşıb.