Gənclər və İdman Nazirliyi, habelə Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Avropa Tennis Turnirinə yekun vurulub.
Corner.az xəbər verir ki, son olaraq 18 yaşlı tennisçilərin mübarizəsi keçirilib. Oğlanların finalında Jakaz Kozbak, qızların mübarizəsində isə Kira Batakina qələbə qazanaraq 1-ci pillənin sahibi olub.
Turnirdə Azərbaycan tennisçiləri Kənan Qasımov və İlham Baxşəliyev də mükafatçılar sırasında qərarlaşıblar.
Tennisçilərimiz bu çıxışları ilə reytinq xalları əldə ediblər. Bu xallarla idmançılarımız beynəlxalq yarışlarda iştirak hüququ qazanacaqlar.
Millimizin baş məşqçisi Yalçın Manaflı yerli idmançılarımızın çıxışını yüksək qiymətləndirib. Sayca 12-ci dəfə təşkil olunan yarışda 40-a yaxın ölkədən 300-dən artıq tennisçi mübarizə aparıb. Onlar 12, 14, 16 və 18 yaş kateqoriyasında çıxış ediblər.