26 oktyabr 2024. Şənbə

İki taekvondoçumuz dünya çempionatında mübarizəyə başlayır


  • Offside
  • 09:44 30.05.2023
  • Oxunma sayı: 93
İki taekvondoçumuz dünya çempionatında mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəyə başlayacaq.

Corner.az xəbər verir ki, 58 kq çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 final mərhələsində Kay Çenq (Çin) – Denis Bllaca (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında 67 kq-dakı Fəridə Əzizova 1/16 finalda Kristina Teaçot (ABŞ) - Justina Koşalkovska (Polşa) duelinin güclüsü ilə görüşəcək.

Qeyd edək ki, ilk gündə Cavad Ağayev (68 kq) medal qazana bilməyib. Turnir iyunun 4-də başa çatacaq.






Offside