6 fevral 2026. Cümə

Məşhur qapıçı karyerasını bitirdi


  • Offside
  • 09:51 30.05.2023
  • Oxunma sayı: 149
Məşhur qapıçı karyerasını bitirdi
Xorvatiya millisinin keçmiş qapıçısı Daniel Subaşiç karyerasını bitirib.

Corner.az xəbər verir ki, bu barədə 38 yaşlı qapıçının çıxış etdiyi "Hayduk"un rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, DÇ-2018-də Xorvatiya millisi ilə gümüş medal qazanan Subaşiç əsasən "Monako"dakı çıxışı ilə tanınıb. 8 il bu komandada oynayan qolkiper Fransa çempionu titulunu da əldə edib.







Offside