XXI əsrdə hər il ən çox qol vuran qapıçıların adları müəyyənləşib.
Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2001-ci ildən bəri illər üzrə bombardir qapıçıların siyahısını açıqlayıb.
“Turan”ın sabiq qolkiperi Nizami Sadıqov da cədvələ düşə bilib. O, 2001-ci ildə dünyanın ən məhsuldar qapıçısı olub. Sadıqov XXI əsrin ilk ilində 7 qolla bunu bacarıb.
Braziliyalı Rojerio Seni düz 8 dəfə ilin ən məhsuldar qolkiperi olub.
2001. Nizami Sadıqov (“Turan”, Azərbaycan) - 7
2002. Conni Veqas (“Sport Boys”, Peru) - 7
2003. Conni Veqas (“Sport Boys”, Peru) - 7
2004. Rojerio Seni (“San Paulo”) - 5
2005. Rojerio Seni (“San Paulo”, Braziliya) - 21
2006. Rojerio Seni (“San Paulo”, Braziliya) - 16
2007. Kristian Lukketti (“Banfild”, Argentina) - 10
2008. Misael Alfaro (“İsidro”, Salvador) - 6
2009. Vensan Enyama (“Hapoel”, Təl-Əviv, İsrail / Nigeriya) - 6
2010. Rojerio Seni (“San Paulo”, Braziliya) - 8
2011. Rojerio Seni (“San Paulo”, Braziliya) - 8
2012. Marsio (“Atletiko Qoyaniense”, Braziliya) - 6
2013. Rojerio Seni (“San Paulo”, Braziliya) - 6
2014. Rojerio Seni (“San Paulo”, Braziliya) - 10
2015. Rojerio Seni (“San Paulo”, Braziliya) - 8
2016. Sebastian Bertoli (“Patronato”, Argentina) - 4
2017. Eksar Rosales (“Komersiantes”, Peru) - 8
2018. Luis Ardente (“San Martin”, Argentina) - 3
2019. Levente Yova (“Nireqiaza”, Macarıstan) - 5
2020. İsli Hidi (“Bilis”, Albaniya) - 5
2021. Qaspar Servio (“Quarani”, Paraqvay / Argentina) - 7
2022. Qaspar Servio (“Rosario”, Argentina) - 4