Rusiya millisinin iyunda keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı ləğv olunub.
Corner.az xəbər verir ki, buna səbəb Rusiya Futbol İttifaqının (RFİ) yoldaşlıq görüşü üçün rəqib tapa bilməməsidi.
Şimal qonşularımız bir neçə federasiya ilə danışıq aparsa da, heç biri razılıq verməyib. Bu isə UEFA və FIFA tərəfindən Rusiya komandalarına qoyulan qadağadan qaynaqlanır. İyunda milli komandaların rəsmi və yoldaşlıq görüşləri keçirilsə də, rusiyalı futbolçular istirahət edəcəklər.
Növbəti təlim-məşq toplanışı payızda baş tutacaq. RFİ həmin vaxta üçün rəqib tapmaq üçün indidən danışıqlar aparır.