Beynəlxalq Yoqa Günü ilə bağlı təşkil edilən silsilə tədbirlər çərçivəsində iyunun 2-də Respublika Velotrekində ictimaiyyətə açıq yoqa dərsi keçiriləcək.
Corner.az xəbər verir ki, Hindistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Klassik Yoqa Məktəbi və Azərbaycan Velosiped Federasiyasının (AVF) dəstəyi ilə baş tutacaq kütləvi idman tədbiri saat 08:00-da başlayacaq.
Açıq dərsə Klassik Yoqa Məktəbinin müəllimi, tanınmış yoqa mütəxəssisi Elçin Quliyev rəhbərlik edəcək.
Dərsdən sonra bədii hissə başlayacaq və qonaqlara vegetarian yeməkləri təqdim ediləcək.
Qeyd edək ki, BMT Baş Assambleyasının 2014-cü ildə yekdilliklə qəbul etdiyi qərarla iyunun 21-i Beynəlxalq Yoqa Günü elan edilib.