Kriştiano həmişə ürəyimdə olacaq. O, mənim üçün xüsusi insandır. Biz portuqaliyalılar fəxr etməliyik ki, onun kimi futbolçumuz olub və indi də var”.
Corner.az xəbər verir ki, bunu Kriştiano Ronaldunun keçmiş agenti Xorxe Mendeş deyib.
O bildirib ki, Ronaldu futbol tarixinin ən yaxşısıdır:
“Bunu həmişə demişəm, hər zaman da deyəcəyəm: o, tarixin və dünyanın ən yaxşısı olub və elə də qalır. Müxtəlif dövrlərdə deyirdilər ki, hər şey güc və işdir. Düzdür, çalışıb gənclərə örnək olub, böyük bir mütəxəssisin bacardığı hər şeyi edib”.