27 mart 2026. Cümə

Futbolçularımızın komandası səfərdə uduzdu


  • Offside
  • 21:49 30.05.2023
  • Oxunma sayı: 130
Futbolçularımızın komandası səfərdə uduzdu
Latviya çempionatında 16-cı turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə RFS-lə qarşılaşıb. Futbolçularımızın komandası meydanı məğlubiyyətlə tərk edib - 1:3.
 
Nazim bu oyunun iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də salınmayıb. Ramin isə start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
 
Müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.
 
Futbolçularımızın komandası hazırda 13 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.






Offside