“Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potter yenidən Premyer Liqada işləyə bilər.
Corner.az xəbər verir ki, təcrübəli mütəxəssislə “Kristal Pelas” maraqlanır.
Londonlular müqaviləsi iyunun 30-da başa çatacaq 75 yaşlı Roy Hocsonun yerinə Potteri gətirmək istəyirlər.
Potter aprelin əvvəlində “Çelsi”dən istefaya göndərilib. O, əvvəllər “Brayton”a rəhbərlik edirdi.
“Kristal Pelas” ötən mövsüm Premyer Liqanı 11-ci pillədə başa vurub.