- Offside
- 23:20 30.01.2025
Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışları davam edir.
Corner.az-ın məlumatına görə, bu gün daha 3 güləşçimiz mübarizəyə qoşulur.
Sərbəst güləş
65 kq
Yığmamızın liderlərindən biri - 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev 1/8 finalda Ermənistan idmançısı Valodya Franqulyanla qarşılaşıb və inamlı qələbə qazanıb - 6:0.
97 kq
1/8 finalda mübarizəyə başlayacaq digər idmançımız Nurməhəmməd Hacıyevin rəqibi Radoslav Baran (Polşa) olacaq.
Qadın güləşi
68 kq
İrina Netreba da yarışa 1/8 finaldan qoşulacaq. O, isveçli Cenni Franssonla qarşılaşacaq