Porto Alleqri ailə məhkəməsi MLS-də mübarizə aparan “Los Anceles Qalaksi”nin müdafiəçisi Duqlas Kosta barədə aliment ödəmədiyi üçün həbs qərarı çıxarıb.
Corner.az xəbər verir ki, futbolçunun Braziliyaya qayıdacağı təqdirdə həbs olunacağı bildirilir.
Kostanın vəkili Serxio Keyroz bildirib ki, braziliyalı futbolçunun tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.
32 yaşlı Kosta 2022-ci ilin yayından MLS-də çıxış edir. O, bu mövsüm 4 oyun keçirib, qol vurmayıb.
Kosta əvvəllər “Yuventus”, “Bayern”, “Qremio” və “Şaxtyor”da forma geyinib.