“Azərbaycanda çalışdığım üç il ərzində heç bir irəliləyiş görmədim”.
Corner.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki “24sata.hr” saytına müsahibəsində deyib.
54 yaşlı mütəxəssis yığmada çalışdığı vaxt burada yaşadığını xatırladıb: “Orada üç il məşqçi kimi işləmək maraqlı təcrübə idi. Sələflərimdən fərqli olaraq, ailəmlə birlikdə orada yaşayırdım. Halbuki məndən əvvəlkilər oyunlardan cəmi iki həftə əvvəl gəlirdilər. Norveçi məğlub etdik, Çexiya və Xorvatiyaya uduzmadıq, yaxşı çıxış etdik”.
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib.