8 iyul 2026. Çərşənbə

Türk futbolçu Niderlandda mövsümün ən yaxşısı seçildi


  • Offside
  • 17:34 31.05.2023
  • Oxunma sayı: 215
Türk futbolçu Niderlandda mövsümün ən yaxşısı seçildi
Niderland Erediviziyasında 2022/2023 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Corner.az xəbər verir ki, bu, “Feyenoord”un kapitanı Orkun Kökçüdür. Bu barədə “De Telegraaf” nəşri məlumat yayıb.

Türkiyə millisinin üzvü çempionatda bu mövsüm 32 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun komandası Erediviziyada bu mövsüm çempion olub.

Qeyd edək ki, Orkun Kökçü Azərbaycan yığmasının futbolçusu Ozan Can Kökçünün qardaşıdır.






Offside