8 dekabr 2023. Cümə

Ən dəyərli futbol klubu bəlli oldu

eal Madrid" Forbes, futbol klubu


  • Offside
  • 19:02 31.05.2023
  • Oxunma sayı: 38
Ən  dəyərli futbol klubu bəlli oldu

"Forbes" jurnalı dünyanın ən dəyərli futbol klublarının reytinqini açıqlayıb.

Corner.az xəbər verir ki, siyahıya İspaniya "Real Madrid"i başçılıq edir. "Kral klubu"nun dəyəri 6,07 milyard ABŞ dollarıdır.

İkinci pillədə İngiltərə "Mançester Yunayted"i qərarlaşıb - 6 milyard dollar. İlk "üçlüy"ü İspaniya "Barselona"sı (5,51 milyard dollar) tamamlayır.

İngiltərə "Liverpul"u (5,29 milyard dollar) dördüncü, "Mançester Siti" (4,99 milyard dollar) beşincidir.

Dünyanın ən dəyərli klublarının "Top-10" reytinqinə, həmçinin, Almaniyanın "Bavariya" (4,86 milyard dollar), Fransanın PSJ (4,21 milyard dollar), İngiltərənin "Çelsi" (3,1 milyard dollar), "Tottenhem" (2,8 milyard dollar) və "Arsenal" (2,26 milyard dollar) klubları da daxildir.




Offside

“Xarı Bülbül” qalib gəldi
  • Offside
  • 00:36 08.12.2023
“Xarı Bülbül” qalib gəldi
Vinisiusdan şad xəbər
  • Offside
  • 23:24 07.12.2023
Vinisiusdan şad xəbər
“Traktor”dan qələbə
  • Offside
  • 21:25 07.12.2023
“Traktor”dan qələbə