27 mart 2026. Cümə

Fərid Qayıbov idmançılar və məşqçilərlə görüşdü


  • Offside
  • 23:07 31.05.2023
  • Oxunma sayı: 152
Fərid Qayıbov idmançılar və məşqçilərlə görüşdü

Mayın 31-də gənclər və idman naziri Fərid Qayıbov ay ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

Corner.az xəbər verir ki, ənənəyə uyğun olaraq, hər ay keçirilən görüş bu dəfə Milli Gimnastika Arenasında təşkil edilib. Əvvəlcə tədbir iştirakçıları Dövlət Himnimizi birlikdə ifa ediblər. 

Sonra ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Nazir Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb. Ardınca onlar idman tarixi mövzusunda nazirin suallarını cavablandırıblar. 

Tədbirdə ağır atletika, bodibildinq, boks, bədii gimnastika, cüdo, kamandan oxatma, karate, idman gimnastikası, kikboksinq, qrapplinq, para-pauerliftinq, para-atıcılıq, para-üzgüçülük, para-atletika, pankration, taekvondo, savat, sərbəst güləş, yunan-Roma güləşi, stolüstü tennis yarışlarında ölkəmizə medal qazandırmış idmançılar çıxışlarında qələbələri haqqında ətraflı məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

Qeyd edək ki, görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.







Offside