17 iyul 2024. Çərşənbə

Ən yaxşı oyunçunun adı açıqlandı


  • Offside
  • 10:03 01.06.2023
  • Oxunma sayı: 87
Ən yaxşı oyunçunun adı açıqlandı
İspaniyanın “Sevilya” və Mərakeş yığmasının qapıçısı Yasin Bono İtaliyanın “Roma”sı ilə Avropa Liqasının final matçının ən yaxşı oyunçusu seçilib.

Corner.az xəbər verir ki, bu qənaətə UEFA gəlib.

Avrokubokların qalibinin müəyyənləşdiyi 11 metrlik zərbədə qapıçı rəqibə iki penalti qola çevirməyə imkan verməyib və öz qapısına cəmi bir zərbə qaçırıb.

Ümumilikdə, Bono Avropa Liqası mövsümündə altı oyunda iştirak edib və bu matçlarda beş qol buraxıb.

Qeyd edək ki, İspaniyanın “Sevilya” və İtaliyanın “Roma” klublarının qarşılaşdığı Avropa Liqasının 2023/2024 mövsümünün final oyunu başa çatıb. Penaltilər seriyasında “Sevilya” 4:1 hesabı ilə qalib gəlib.

Matçın əsas vaxtında komandalar heç-heçəyə razılaşıblar - 1:1. Hesabı 35-ci dəqiqədə Paulo Dibala açıb. 55-ci dəqiqədə “Roma”nın müdafiəçisi Canluka Mançini topu öz qapısına göndərib.

Beləliklə, “Sevilya” tarixində yeddinci dəfə Avropa Liqasının (UEFA Kuboku) qalibi olub. Komanda sonuncu dəfə bu kuboka 2019/2020 mövsümündə yiyələnmişdi.






Offside