27 mart 2026. Cümə

İkardi Ümit Özatdan saçını sarı-qırmızı rənglə boyamasını gözləyir


  • Offside
  • 10:14 01.06.2023
  • Oxunma sayı: 146
İkardi Ümit Özatdan saçını sarı-qırmızı rənglə boyamasını gözləyir
"Qalatasaray"ın hücumçusu Mauro İkardi "Fənərbaxça"nın məşhur sabiq oyunçusu Ümit Özatdan verdiyi sözə əməl etməyini istəyib.

Corner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Özat daha əvvəl "İkardi bu mövsüm 20 qol vurarsa, saçımı sarı və qırmızı rənglərdə boyayacağam" - deyə açıqlama vermişdi.

Hətta Özat mayın 25-dəki başqa bir paylaşımında həmin vaxt aktivində 19 qol olan İkardi üçün "Allaha inanırsansa, daha 1 qol vurmazsan" - deyə yazmışdı.

Argentinalı hücumçu 2 gün öncə "Ankaragücü" ilə matçda dubl edərək cari mövsüm Superliqada vurduğu qolların sayını 21-ə çatdırıb (23 matç, 7 qolun ötürməsi). İkardi öz İnstaqram hesabının hekayə bölümündə paylaşım edərək Ümit Özata 21 qol vurduğunu xatırladıb. O, 46 yaşlı keçmiş oyunçudan verdiyi sözü tutmasını istəyib: "Ümit, ümid edirəm ki, sözünün arxasında duran bir insansan və sözünü tutacaqsan. Bütün azarkeşlərimiz və mən səni sarı və qırmızı rəngli saçlarda görməyi gözləyirik".

Bu təzyiqlərin ardından Ümit Özatın saçlarını boyayıb-boyamayacağı maraqla gözlənilir.

Qeyd edək ki, "Qalatasaray" "Ankaragücü" ilə matçda çempionluğu da rəsmiləşdirib.






Offside