26 oktyabr 2024. Şənbə

Almaniyalı futbolçu davada xəsarət alaraq öldü


  • Offside
  • 11:03 01.06.2023
  • Oxunma sayı: 96
Almaniyalı futbolçu davada xəsarət alaraq öldü
Almaniyanın “Berlin” və Fransanın “Metz” klublarının gənclərdən ibarət komandalarının oyunundan sonra düşən davada bir oyunçu ölüb.

Corner.az xəbər verir ki, hadisə Frankfurtda keçirilən beynəlxalq turnirdə baş tutub.

Münaqişə nəticəsində “Berlin”in 15 yaşlı bir futbolçusu ağır yaralanaraq, xəstəxanaya aparılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. Yerli polisin verdiyi məlumata görə, ağır kəllə-beyin travması alan almaniyalı xəstəxanada vəfat edib.

“Metz”in 16 yaşlı bir futbolçusu bu səbəbdən həbs olunub.






Offside