Türkiyənin "Trabzonspor" klubunda çıxış edən Marek Hamşik karyerasını başa vurur.
Corner.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu barədə mətbuat konfransında bildirib.
Slovakiyalı oyunçu mövsümün sonunda futbolla vidalaşacağını açıqlayıb.
Qeyd edək ki, Türkiyə Super Liqasında 2022/2023 mövsümünün sonuncu turu iyunun 6-da olacaq. 2007 - 2019-cu illərdə İtaliyada "Napoli"nin formasını geyinən Marek Hamşik 2007 - 2022-ci illərdə Slovakiya millisində çıxış edib. O, 2021/2022 mövsümündə "Trabzonspor"la Superliqanın qalibi olub.