"Sumqayıt" klubu daha bir məşqçisi ilə yollarını ayırıb.
Corner.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisindən "Report"a verilən məlumata görə, fizioterapevt vəzifəsində çalışmış Rövşən İsmayılovun müqaviləsinin müddəti başa çatıb.
"Sumqayıt" 10 il komandada işləmiş mütəxəssisə xidmətlərinə görə təşəkkür edib və ona uğurlar arzulayıb.
Qeyd edək ki, klub daha əvvəl Emil Babayevlə vidalaşıb.