26 oktyabr 2024. Şənbə

“Neftçi” məşhur brendlə sponsorluq müqaviləsi imzaladı


  • Offside
  • 14:31 01.06.2023
  • Oxunma sayı: 106
“Neftçi” məşhur brendlə sponsorluq müqaviləsi imzaladı
“Neftçi” ilə İtaliyanın məşhur brendi “Errea” idman malları şirkəti arasında sponsorluq müqaviləsi izalanıb.

Corner.az xəbər verir ki, “Bakcell Arena”nın konfrans zalında baş tutan imzalanma mərasimində tərəflər 2 illik müqavilə bağlayıblar.
 
Sözləşməyə “Neftçi”nin prezidenti Kamran Quliyev və “Errera”nın ixrac sahəsi üzrə meneceri Karlo Stronati imza atıblar.
 
Razılaşmaya əsasən, “Errera” “Neftçi”nin əsas, əvəzedici və akademiya komandalarını bütün geyim dəsti ilə təmin edəcək. Geyim dəstləri məxsusi olaraq “Neftçi” üçün dizayn edilib.
 
Qeyd edək ki, 1988-ci ildə yaradılan “Errera” şirkəti UEFA-nın da partnyorudu.






Offside