27 noyabr 2024. Çərşənbə

Dünya çempionatının 4-cü yarış günü bitdi


  • Offside
  • 20:18 01.06.2023
  • Oxunma sayı: 96
Dünya çempionatının 4-cü yarış günü bitdi
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının 4-cü yarış günü başa çatıb.

Corner.az xəbər verir ki, günün yekununda daha 2 dəst medal öz sahibini tapıb.

Kişilər arasında 63 kq çəki dərəcəsində türkiyəli Hakan Recber dünya çempionu olub. O, finalda tailandlı Banlunq Tumtimdanqı məğlub edib. Bürünc medallara Xuan Yorquera Sala (İspaniya) və Karlos Navarro (Meksika) yiyələniblər.

Qadın taekvondoçular arasında 73 kq-dan yuxarı çəkidə də fəxri kürsünün ən yüksək pilləsinə Türkiyə təmsilçisi qalxıb. Nafiya Kuş bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Gümüş medalı Sevetlana Osipova (Özbəkistan) əldə edib. 3-cü yeri isə Kristina Adebayo (Dünya Taekvondosu) və Blanka Kuk (Böyük Britaniya) tutub.

Beləliklə, 16 dəst medaldan 10-u artıq öz sahibini tapıb. İyunun 4-dək davam edəcək yarışın növbəti hər bir günündə 2 çəkidə döyüşlər olacaq.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov (63 kq) 1/8 finalda yarışla vidalaşıb.






Offside