27 mart 2026. Cümə

Taekvondoçularımızın dünya çempionatındakı rəqibləri bilindi


  • Offside
  • 17:40 02.06.2023
  • Oxunma sayı: 125
Taekvondoçularımızın dünya çempionatındakı rəqibləri bilindi
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında altıncı günün püşkü atılıb.

Corner.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 3-də Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulacaq.

62 kq-da Fatimə Məcidova mundailda debüt görüşünə 1/16 finaldan başlayacaq. O, ilk döyüşünü Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibinə qarşı keçirəcək.

74 kq çəkidə qüvvəsini sınayacaq Eltac Qafarovun rəqibi 1/32 final qarşılaşmasının nəticəsinə əsasən bəlli olacaq.

Taekvondoçu 1/16 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) - Çarlill Mersyer (Kanada) duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.






Offside