29 noyabr 2023. Çərşənbə

Qadın güləşçimizdən bürünc medal


  • Offside
  • 19:53 02.06.2023
  • Oxunma sayı: 50
Qadın güləşçimizdən bürünc medal

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə Reytinq Seriyasının 3-cü mərhələsində 2 qadın güləşçimiz mübarizə aparıb.

Corner.az xəbərverir ki, Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva yarışda bürünc medal qazanıb. 57 kq-da çıxış edən idmançı 1/4 finalda çinli Kexin Honqa 1:12 hesabıyla məğlub olub. Amma rəqib finala yüksəldiyi üçün Əliyeva türkiyəli Elvira Kamaloğlu ilə bürünc medal görüşünə çıxıb. 

Rəqibinə 8:4 hesabıyla qalib gələn Azərbaycan təmsilçisi üçüncü yeri tutub.

62 kq-da yer alan Elis Manolova isə ilk mərhələdə özbəkistanlı Dilfuza Aimbetovaya \"tuş\"la qalib gəlsə də, 1/4 finalda almaniyalı Luisa Niemeşlə bacarmayıb - 1:2. Rəqib finala adlaya bilmədiyi üçün Manolova mübarizəni dayandırıb.





Offside

AFFA bu klubları cərimələdi
  • Offside
  • 14:48 29.11.2023
AFFA bu klubları cərimələdi
Messi rəmzi komandaya düşmədi
  • Offside
  • 10:07 29.11.2023
Messi rəmzi komandaya düşmədi