26 oktyabr 2024. Şənbə

Milli komandalarımız təlim-məşq toplanışında


  • Offside
  • 20:38 02.06.2023
  • Oxunma sayı: 96
Milli komandalarımız təlim-məşq toplanışında
Gənclərdən ibarət milli komandalarımız təlim-məşq toplanışında.

Corner.az xəbər verir ki, 1 iyun tarixindən etibarən basketbol üzrə oğlanlardan ibarət U-16 və U-18 yığma komandalarımız Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start veriblər.

Tahir Baxşıyev və Polad Həsənovun  rəhbərlik etdiyi yığmalarımız gündə iki dəfə olmaqla, müntəzəm şəkildə məşqlərini davam etdirirlər. U-16 və U-18 millilərimizin hazırlıq prosesindəki əsas məqsədləri, müvafiq olaraq 19-27 iyul Kosovanın Priştina və 29 iyul - 6 avqust Bakı şəhərlərində keçiriləcək Avropa çempionatı "C" divizionlarının oyunlarına hazırlaşmaqdır.

Qeyd edək ki, təlim-məşq toplanışı 15 iyun tarixinə qədər davam edəcək.






Offside