26 oktyabr 2024. Şənbə

Daha iki cüdoçumuz tatamiyə çıxacaq


  • Offside
  • 10:24 03.06.2023
  • Oxunma sayı: 74
Daha iki cüdoçumuz tatamiyə çıxacaq
Bu gün Azərbaycanın daha iki cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-pridə mübarizəyə başlayacaq.

Corner.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/16 final mərhələsində Hindistan təmsilçisi Vikas Dalalla üz-üzə gələcək.

Eyni çəkidəki İbrahim Əliyev Qırğızıstan idmançısı Abdulla Əliyevlə görüşəcək.

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb. Yarış iyunun 4-də başa çatacaq.






Offside