"Neftçi" və "Qəbələ" komandaları arasında keçiriləcək futbol üzrə Azərbaycan Kubokunda final oyununun təyinatları bəlli olub.
Corner.az xəbər verir ki, qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq.
Ona Kamran Bayramov və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Əliyar Ağayev VAR hakimi, Akif Əmirəli onun köməkçisi qismində təyinat alıb.
Barış Şimşek hakim-inspektor, Seymur Səlimli isə AFFA nümayəndəsidir.
Qeyd edək ki, bu gün “Bakcell Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.