4 dekabr 2023. Bazar ertəsi

Azərbaycanın voleybol hakimi Türkiyə millisinin oyununu idarə edəcək


  • Offside
  • 10:57 03.06.2023
  • Oxunma sayı: 54
Azərbaycanın voleybol hakimi Türkiyə millisinin oyununu idarə edəcək
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından növbəti dəfə təyinat alıb.

Corner.az xəbər verir ki, o, kişi voleybolçular arasında "Qızıl Avropa Liqası"nda A qrupunda yer alan Türkiyə və Rumıniya yığmalarının qarşılaşmasını idarə edəcək.

Oyun iyunun 4-də Konya şəhərində keçiriləcək. Görüşdə ikinci hakim funksiyasını türkiyəli Burhan İlhan yerinə yetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.



Offside

Ramilin komandası xal itirdi
  • Offside
  • 22:30 03.12.2023
Ramilin komandası xal itirdi