4 dekabr 2023. Bazar ertəsi

Messi ilə Serxio Ramosa eyni yerdən təklif


  • Offside
  • 12:40 03.06.2023
  • Oxunma sayı: 87
Messi ilə Serxio Ramosa eyni yerdən təklif
Fransanın PSJ klubunun futbolçusu Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Corner.az xəbər verir ki, "Əl-Hilal" 37 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.

Təcrübəli oyunçunun nümayəndələri bir neçə aydır ki, mümkün transferlə bağlı danışıqlar aparır.

"Əl-Hilal" Ramosa 30 milyon avro maaşla iki illik müqavilə təklif edir.

Qeyd edək ki, Serxio Ramos 2021-ci ilin iyulundan PSJ-də çıxır. Onun mövsümün sonunda Paris təmsilçisindən ayrılacağı dəqiqləşib. "Əl-Hilal" Fransa klubunun digər ulduz futbolçusu Lionel Messini də heyətinə qatmağı planlaşdırır.



Offside

Ramilin komandası xal itirdi
  • Offside
  • 22:30 03.12.2023
Ramilin komandası xal itirdi