- Offside
- 23:39 17.12.2025
“Əl-Hilal” Lionel Messinin transferini yaxın vaxtlarda başa çatdıracağına ümid edir.
Corner.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb. Səudiyyə Ərəbistanı klubu hücumçu ilə müqavilə imzaladığını gələn çərşənbə axşamı, iyunun 6-da elan etmək niyyətindədir. “Əl-Hilal” bu tarixi oyunçunun son təsdiqini almaq və transferi həyata keçirə bilmək üçün əsas olaraq təyin edib.

2022/23 mövsümündə Messi Liqa 1 -də 31 oyun keçirib, 16 qol vurub və 16 qolun ötürməsini verib.