29 noyabr 2023. Çərşənbə

Tomas Bax Azərbaycan Taekvondo Federasiyasının qonağı oldu


  • Offside
  • 17:30 03.06.2023
  • Oxunma sayı: 45
Tomas Bax Azərbaycan Taekvondo Federasiyasının qonağı oldu

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax, Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu və WT-nin baş katibi Seo Jeonqkanq Azərbaycan Taekvondo Federasiyasının (ATF) qonağı olublar.

Corner.az xəbər verir ki,, onlar gənclər və idman naziri Fərid Qayıbov, ATF prezidenti Kəmaləddin Heydərov, vitse-prezidentlər Nağı Səfərov və Niyaməddin Paşayevlə görüşüblər.

Qonaqlara Azərbaycanda taekvondonun hazırkı durumu barədə məlumat verilib, bu idman növünün daha da inkişafı və kütləviləşməsi istiqamətində fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanın taekvondo üzrə dünya çempionatına və Dünya Taekvondosunun 50 illik yubiley tədbirinə ev sahibliyi etməsi tarixi hadisədir.

IOC və WT prezidentləri ardınca ATF-in idman zalında məşq edən taekvondoçularla da söhbət ediblər. Onlara xatirə hədiyyələri təqdim edən qonaqlarla komanda ilə xatirə şəkli də çəkdiriblər.




Offside

AFFA bu klubları cərimələdi
  • Offside
  • 14:48 29.11.2023
AFFA bu klubları cərimələdi
Messi rəmzi komandaya düşmədi
  • Offside
  • 10:07 29.11.2023
Messi rəmzi komandaya düşmədi