- Offside
- 23:32 05.12.2023
"Səbail" futbolçusu Vüqar Həsənovla müqaviləni müddətini daha bir il uzadıb.
Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, müdafiəçi ötən ilin iyununda Bakı təmsilçisinin heyətinə qoşulub. O, komandada ilk mövsümündə 16 oyunda iştirak edib.
Xatırladaq ki, "dənizçilər" ölkə çempionatında 2022/2023 mövsümü başa çatdıqdan sonra Emil Martinov, Ruslan Hacıyev, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə yolları ayırıb.