- Offside
- 14:32 27.03.2026
"Real" daha bir futbolçusu ilə sağollaşıb
Corner.az klubun saytına istinadən xəbər verir ki, Mariano Diasla başa çatan müqavilənin müddəti uzadılmayıb.
Xatırladaq ki, 2011-2016-cı illərdə Madrid təmsilçisinin akademiyasında olmuş və 6 mövsüm əsas komandaya məxsus olan 29 yaşlı futbolçu bu müddət ərzində 13 turnirin qalibi olub: iki Çempionlar Liqası, üç Klublararası dünya çempionatı, iki Avropa Superkuboku, üç La Liqa, bir İspaniya Kuboku, iki İspaniya Superkuboku.
Xatırladaq ki, "Real" bu gün Marko Asensio ilə də yolları ayırıb.